EN

Mədəniyyət Nazirliyi Arif Babayevlə bağlı nekroloq yaydı

Ajans.az nekroloqu təqdim edir: "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev vəfat edib. Arif Babayev uzun illər ərzində milli musiqi sənətimizin inkişafında, muğam məktəbinin qorunub saxlanılmasında və yeni nəsil ifaçıların yetişdirilməsində böyük xidmətlər göstərib. Onun zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələr xalqımızın mədəni irsində daim yaşayacaq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərhum sənətkarın ailəsinə, yaxınlarına və bütün mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"

Xatırladaq ki, iyulun 23-ü saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. O, daha sonra təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıdakı Mərkəzi Klinikaya təxliyə olunub. Bu gün səhər saat 06:30 radələrində vəfat edib.

Chosen
69
1
Ajans.az

10Sources