EN

Azərbaycanın dövlət borcu açıqlandı

2025-ci il 01 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25.695,6 milyon manat və ya 2025-ci il üzrə 130.662,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,6 faizini təşkil etmişdir. Ümumi dövlət borcunun 8.518,2 milyon manatı (5.010,7 milyon ABŞ dolları) və ya 33,2 faiz xarici dövlət borcunun, 17.177,4 milyon manatıvə ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.

Chosen
13
5
teleqraf.com

10Sources