Ağstafada yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hərəkətdə olan avtomobil 2004-cü il təvəllüdlü E. Fazıyevi vurub.
Gənc oğlan aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qəzada ölən piyadanın bir neçə gün əvvəl hərbi xidmətdən qayıtdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu