EN

Lavrov: “ATƏT ümidləri doğrultmayıb”

AzVision.az xəbər verir ki, Sergey Lavrovun “Rossiyskaya qazeta” nəşdrində dərc olunan “Helsinki aktının yarım əsri: gözləntilər, reallıq, perspektivlər” məqaləsində belə deyilir.

“Qərbin Rusiyaya qarşı quduz kampaniyası kontekstində ATƏT həmçinin terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və transsərhəd mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq səylər sahəsində öz rolunu yerinə yetirə bilməyib”, - Rusiya XİN-in rəhbəri vurğulayıb.

Onun sözlərinə görə,“qalmaqda olan bütün bu problemlər Rusiyanı təcrid etmək istəyinə qurban verilib”.

Maraqlıdır ki, ATƏT-i siyasi kəndirbazlıqda günahlandıran Segey Lavrov bu qurumun ən amorf və effektsiz isntitutlarından biri olan Minsk qrupunun ləğvinin günün ən aktual məsələlərindən biri olduğunu dilə gətirməyib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
27
1
azvision.az

2Sources