Bakıda Zığ şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Metbuat.az xəbər verir ki, Bakı şəhər sakini - 2002-ci il təvəllüdlü Toğrul Firudin oğlu İbrahimlinin idarə etdiyi moped hava limanı istiqamətində hərəkətdə olarkən "FORD" markalı avtomobillə toqquşub. Mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı Suraxanı polisi araşdırma aparır.