EN

iPhone satışları artıb, Apple şirkəti daha çox gəlir və mənfəət əldə edib

ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple şirkəti aprel-iyun dövrü üzrə maliyyə hesabatlarını açıqlayıb.

Marja xəbər verir ki, iyunun 28-də başa çatan üç aylıq dövrü üçüncü rüb hesab edən Apple-ın maliyyə hesabatına görə, bu dövr ərzində şirkətin gəliri illik müqayisədə təxminən 10 faiz artaraq 94 milyard dollar təşkil edib. Apple ötən ilin eyni dövründə təxminən 85,8 milyard dollar gəlir əldə etmişdi.

Həmin dövrdə şirkətin xalis mənfəəti 9,3 faiz artaraq 23,4 milyard dollar olub. Şirkət ötən ilin aprel-iyun aylarında 21,4 milyard dollar mənfəət əldə etmişdi.

Şirkətin səhmbaşına qazancı bu müddət ərzində 1,40 dollardan 1,57 dollara yüksəlib.

iPhone və Mac satışları artıb, iPad satışları azalıb

Bu dövrdə Apple-ın iPhone və Mac satışları artıb, iPad satışları isə azalıb. Aprel-iyun dövründə iPhone satışları illik müqayisədə 13,5 faiz artaraq 44,6 milyard dollar gəlir təmin edib.

Eyni dövrdə Mac satışları 14,8 faiz artaraq 8 milyard dollar, iPad satışları isə 8,1 faiz azalaraq 6,6 milyard dollar gəlir gətirib.

Chosen
10
1
marja.az

2Sources