EN

Məhkəmə özündən 15 yaş kiçik qıza qarşı əxlaqsızlıq edən şəxslə bağlı qərarı açıqladı

Ali Məhkəmədə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Tağı Tağızadənin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, 1994-cü il təvəllüdlü Tağı Tağızadə 5 mart 2024-cü il tarixdə, saat 17 radələrində aralarında on beş il yaş fərqi olduğunu bilə-bilə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmamış, 2009-cu il təvəllüdlü, zərərçəkmiş M.M.-i (adı, soyadı şərtidir) öz razılığı ilə yaşadığı Salyan şəhərinə aparıb. Sonra o, zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

 

Hadisədən sonra Tağı Tağızadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Salyan Rayon Məhkəməsinin hökmü ilə o, 8 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 1 Avqust 2025, 09:32   
Chosen
9
pravda.az

1Sources