EN

Yeniyetmə Tərtər çayında BOĞULDU

ain.az, Modern.az saytına istinadən bildirir.

Tərtər çayının Bərdə rayonundan keçən hissəsində toplanmış su hövzəsində yeniyetmə boğularaq ölüb.

Modern.az xəbər verir ki, hadisə rayonun Zümürxan kəndində baş verib.

Belə ki, 26.12.2009-cu il təvəllüdlü Rüstəmov Nihad Bəhrəm oğlu Tərtər çayının sözügedən kənddən keçən hissəsində toplanmış su gölməçəsində həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
56
4
modern.az

10Sources