EN

Orxan Əliyev yeni komandasında ardıcıl ikinci oyunda qol vurub

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ötən ay "Turan Tovuz"dan ayrılaraq Qırğızıstanın "Ozqon" klubuna keçən Orxan Əliyev yeni komandasında ardıcıl ikinci oyunda da qol vurub.

Oxu.Az xəbər verir ki, onun komandası öz meydanında "Talant" klubunu qəbul edib. 15-ci tur çərçivəsində keçirilən matçda Orxan 36-cı dəqiqədə qol hesabını açıb. Oyun O.Əliyevin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda "Ozgon" turnir cədvəlində 22 xalla 6-cı yerdə qərarlaşıb.

Xatırladaq ki, Qırğızıstan çempionatının 14-cü tur çərçivəsində keçirilən "Asiagoal" - "Ozgon" matçında da Orxan Əliyev fərqlənmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
oxu.az

1Sources