EN

Tramp özü ilə bağlı bu məlumatları tarixdən təmizləyir: Muzeydən nə yoxa çıxıb?

Donald Trampa qarşı iki impiçmentdən bəhs edən lövhə Ağ Evin təzyiqindən sonra ABŞ Milli Muzeyinin nümayişindən çıxarılıb.

Publika.az “The Washington Post”a istinadən xəbər verir ki, lövhə 2021-ci ildə Trampın ikinci dəfə impiçment edildiyi zaman muzeydə peyda olub. Siyahıya təkcə onun deyil, vəzifəsindən uzaqlaşdırılmaq təhlükəsi ilə üzləşən digər ABŞ prezidentlərinin də adı daxil idi. Bunlar Endryu Conson, Bill Klinton və Riçard Nikson idi.

Tramp administrasiyası muzey məsələsi üzərində işlədikdən sonra lövhə indi yalnız üç Amerika dövlət başçısının impiçmentlə üzləşdiyini göstərir.

Trampın birinci dövründə iki dəfə impiçment elan edilib. Birincisi, 2019-cu ildə olub. Demokratlar 2021-ci ildə yenidən cəhd ediblər, amma bu da uğursuz olub.

Chosen
10
publika.az

1Sources