EN

"Bu rəqib də "Sabah"ın "diş"inə görədir"

Dünən UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhəsinin cavab oyunları çərçivəsində "Petrokub"u qəbul edən "Sabah" azarkeşlərini 4:1 hesablı darmadağınla sevindirdi. Moldovadakı matçda inamlı qələbəyə nail olan (2:0) Masazır təmsilçisi bu rəqibini ciddi çətinlik çəkmədən mübarizədən kənarlaşdıraraq 3-cü təsnifat mərhələsində "Levski"yə rəqib oldu. Tanınmış məşqçi Füzuli Məmmədovla əlaqə saxlayıb "Bank Respublika Arena"da reallaşan görüşü dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Sabah" hələ ilk oyunda "Petrokub"dan üstün komanda olduğunu sübut etmişdi. Hətta deyərdim ki, təmsilçimiz mərhələni Moldovada keçmişdi. Mənə Azərbaycan komandasının bu qarşılaşmaya necə hazırlaşacağı, inamlı səfər qələbəsindən sonra evdə necə oynayacağı maraqlı idi. İkinci oyun göstərdi ki, üstün olduqları rəqibə ciddi yanaşaraq matça yaxşı hazırlaşıblar. Hesab öz yerində, meydan sahibləri həm də oyundan-oyuna "artırdıqlarını" ortaya qoydular. Növbəti mərhələdə "Levski"yə qarşı oyunlarını da maraqla gözləyirik. Bu rəqib də "Sabah"ın "diş"inə görədir. Bolqarıstan təmsilçisi ilə mübarizədə təmsilçimizə uğurlar arzulayıram".

Mirağa

Chosen
19
1
fanat.az

2Sources