EN

İstehlakçı narazıdır: Kontakt Home un davranışı qanunlara ziddir

Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kontakt Home mağazalar şəbəkəsinin Xalqlar Dostluğu filialından kreditlə telefon alan vətəndaş Əflatun Alxasov özünün istehlakçı hüquqlarının kobud şəkildə pozulduğunu bildirir.

AzPost.az xəbər verir ki, vətəndaş iki ay öncə nəğd qiyməti səkkiz yüz manat olan Samsung A36 markalı telefonu kreditlə alıb, lakin yekun ödəniş məbləği min iki yüz manat hesablanıb.

Əflatun Alxasov iddia edir ki, ona məlumat verilmədən və razılığı alınmadan “akkaunt açılması” adı altında səksən manat və “Qızıl zəmanət” üçün əlavə yüz altmış manat ödəniş hesablanıb. Onun sözlərinə görə, bu hallar Azərbaycan Respublikasının istehlakçı hüquqlarını qoruyan qanunvericiliyinə ziddir və şəffaflıq prinsipini pozur.

Vətəndaş bildirir ki, alınan telefonda qısa müddət ərzində texniki nasazlıqlar yaranıb və məsələ ilə bağlı dəfələrlə Kontakt Home-a müraciət etsə də, problemi aradan qaldırmaq mümkün olmayıb. Telefon servisə göndərilib və yenidən qaytarılıb, lakin nasazlıq davam edir.

Əflatun Alxasov əlavə edir ki, ona satılan “Qızıl zəmanət” xidmətinin şərtləri yerinə yetirilmir və onun bu zəmanətdən yararlanmaq hüququ təmin olunmur. Baş verənlərlə bağlı həm maddi, həm də mənəvi zərər çəkdiyini bildirən vətəndaş problemin həll olunmayacağı təqdirdə Prezident İlham Əliyevə məktubla müraciət edəcəyini açıqlayıb.

Vətəndaş sonda bildirir ki, heç bir sahibkar ölkə qanunlarını ayaq altına ala bilməz və Azərbaycan dövlətində hər bir vətəndaşın hüquqları qanunla qorunur. AzPost məsələ ilə bağlı Kontakt Home tərəfindən mövqe təqdim olunacağı təqdirdə onu da yayımlamağa hazırdır.

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
azpost.info

2Sources