EN

TASS agentliyi Azərbaycanla bağlı buraxdığı səhvə düzəliş etdi

Rusiyanın TASS agentliyi Xankəndi ilə bağlı dərc etdiyi xəbərin sərlövhəsini dəyişib.

Operativ Media xəbər verir ki, yeni sərlövhədə "Stepanakert" sözü "Dağlıq Qarabağ" ifadəsi ilə əvəzlənib.

Xatırladaq ki, ötən gün TASS “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yaymışdı.

Azərbaycan XİN bildirmişdi ki, TASS-da Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir.

1Sources