EN

Zığ yolunda ağır qəza - Moped sürücüsü ÖLDÜ

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü İbrahimli Toğrul Firuddin oğlu idarə etdiyi “Tufan M50” markalı moped Zığ yolunda yük maşınına çırpılıb.

Belə ki, ikitəkərli nəqliyyat vasitəsi hərəkətsiz dayanmış 1987-ci il təvəllüdlü Quliyev Ələkbər Əlicəfər oğlunun idarə etdiyi “Ford” markalı 99-JY-255 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşub.

Nəticədə T.İbrahimli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı RPİ-nin İB-də araşdırma aparılır.

Chosen
43
7
avtosfer.az

8Sources