“Qalatasaray” “Napoli”dən transfer etdiyi Viktor Osimhenlə müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Nigeriyalı hücumçu ilə 4 illik sözləşmə imzalanıb.
Ötən mövsümü “Qalatasaray”da icarədə keçirən 26 yaşlı hücumçu 41 oyunda 37 qol vurub.