EN

İsraildən BƏƏ-dəki diplomatlar və ailələrinə təxliyə qərarı

İsraildən

İsrail Milli Təhlükəsizlik Şurası Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səyahət xəbərdarlığı edib. İsrailin hücum hədəfi olduğu iddia edilir.

İsrail mediasının məlumatına görə, İsrail BƏƏ-nin səfirliyindəki diplomatik personalını və onların ailələrini təxliyə etmək qərarına gəlib.

Xəbərdə İsrail Xarici İşlər Nazirliyinin təxliyə qərarını qeyri-adi kimi qiymətləndirərək bu addımın yüksək səviyyəli xəbərdarlığı ifadə etdiyi vurğulanıb.

Milli Təhlükəsizlik Şurası, BƏƏ-dəki İsrail hədəflərinə hücumlarla bağlı narahatlıqlarını əsas gətirərək səyahət xəbərdarlığında, "Ölkəyə lazımsız səyahətlərdən çəkinmək və səyahət etməyi düşünənlərin yenidən nəzərdən keçirmələri şiddətlə tövsiyə olunur" deyilib.

Qeyd edilib ki, BƏƏ üçün üçüncü səviyyəli səyahət xəbərdarlığı qüvvədə qalır.

Chosen
14
xalqcebhesi.az

1Sources