EN

HƏMAS bu şərtlə danışıqları bərpa etməyə hazırdır

Fələstinin "HƏMAS" hərəkatı Qəzzada humanitar böhran və aclıq bitən kimi İsraillə atəşkəs danışıqlarını bərpa etməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə "HƏMAS"ın Telegram kanalında bildirilib.

"Hərəkat yardım ehtiyacı olanlara çatdıqdan və Qəzzada humanitar böhran və aclıq bitdikdən sonra dərhal danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyir", - deyə mətndə qeyd olunur.

HƏMAS hesab edir ki, “Qəzza zolağında aclıq hökm sürərkən danışıqların davam etdirilməsi onları mənasız edir”.

Chosen
25
1
publika.az

2Sources