EN

Castin Timberleykdə xəstəlik aşkarlanıb

Amerikalı müğənni Castin Timberleyk ona Laym xəstəliyi diaqnozu qoyulduğunu açıqlayıb.

“Report” xəbər verir ki bu barədə sənətçinin instaqramdakı hesabında bildirilib.

Müğənni “Forget Tomorrow” dünya turnesinin başa çatması ilə bağlı açıqlama verib.

Timberleyk səhhətində problemlər olduğunu və Laym xəstəliyi diaqnozu qoyulduğunu vurğulayıb. Müğənni bu açıqlamanı ona təəssüflənmək üçün vermədiyini bildirib. Qeyd edib ki, pərdə arxasında nə ilə üzləşdiyini açıqlamaq istəyr.

O, əlavə edib ki, qastrol zamanı səhnəyə çıxanda şiddətli nevralgiya, yorğunluq və ürəkbulanma keçirib. Timberleyk xəstəliyinə baxmayaraq ifasını davam etdirmək qərarına gəldiyini vurğulayıb.

Chosen
74
5
report.az

6Sources