Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakues.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil 2004-cü il təvəllüdlü E. Fazıyevi vurub. Gənc oğlan aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.
Məlumata görə, qəzada ölən piyada bir neçə gün əvvəl hərbi xidmətdən qayıdıbmış.
Faktla bağlı araşdırma aparılır.