EN

Putin miqrantlar üçün əlavə dövlət rüsumlarını tətbiq etdi

Rusiya Prezidenti Vladimir Putin miqrantlar üçün əlavə dövlət rüsumlarının tətbiq edilməsi və mövcud bir sıra rüsumların artırılması ilə bağlı qanun imzalayıb.

Bakues.az xəbər verir ki, müvafiq sənəd hüquqi aktların dərc olunduğu rəsmi saytda yerləşdirilib.

Qanuna əsasən, əcnəbi vətəndaşların həm yaşadığı, həm də müvəqqəti olduğu yer üzrə qeydiyyata alınmasına görə dövlət rüsumları tətbiq ediləcək və hazırda qüvvədə olan məbləğlər artırılacaq.

Yeni qaydalara əsasən, aşağıdakı məbləğlərdə rüsumlar müəyyən olunub:

– Əcnəbi vətəndaşın Rusiyada yaşayış yeri üzrə qeydiyyata alınmasına görə 1 000 rubl (təxminən 21 manat). (Hazırda bu məbləğ 420 rubldur – təxminən 9 manat);

– Olduğu yer üzrə qeydiyyata alınmaya görə 500 rubl (təxminən 11 manat);

– Ölkədə müvəqqəti qalma müddətinin uzadılmasına görə 1 000 rubl (təxminən 21 manat);

– Miqranta verilmiş iş icazəsinin müddətinin uzadılmasına görə 4 200 rubl (təxminən 88 manat).

Qanun 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, daha əvvəl Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, bu cür yeniliklər həm büdcəyə əlavə vəsait axınını təmin edəcək, həm də miqrantlara nəzarəti gücləndirəcək.

Chosen
30
icma.az

1Sources