Ağstafa, 1 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Ağstafada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hərəkətdə olan avtomobil 2004-cü il təvəllüdlü Elvin Fazıyevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. . Faktla bağlı araşdırma aparılır.