EN

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda təmir işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilməsində fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində Lənkəran Elektrik Şəbəkəsinin ərazisində bir sıra 10 kV-luq hava xətlərində avqustun 1-də təmir işləri aparılacaq. Dördpendirli pizza

Bu səbəbdən saat 10:00-dan 13:00-dək rayonun Cil, Xarxatan, Küvənil, Şağlaser, Viravul, Viyən kəndləri, Aşağı Nüvədi və Gərmətük qəsəbələrində, saat 14:00-dan 16:00-dək Vilvan kəndində, saat 14:00-dan 16:30-dək isə Xolmili, Kənarmeşə, Moğonojoba, Seyidəkəran, Şıxakəran, Şürük, Türkəkəran və Tütəpeştə kəndlərində elektrik enerjisinin verilməsində məhdudiyyətlər olacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Chosen
69
8
yenisabah.az

10Sources