EN

“Sabah” inamlı qələbə ilə Konfrans Liqasının növbəti mərhələsində

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah” doğma meydanda Moldova təmsilçisi “Petrokub”u qəbul edib.

90deqiqe.Az xəbər verir ki, Əlincə stadionunda keçirilən qarşılaşma “bayquşlar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 21-ci dəqiqədə açılıb – Coy Lens Mikels dəqiq zərbə ilə komandasını önə çıxarıb. 7 dəqiqə sonra Mikels dubla imza ataraq fərqi iki topa yüksəldib. 42-ci dəqiqədə “Sabah”ın müdafiəçisi Stiv Solvet avtoqol müəllifi olsa da, cəmi iki dəqiqə sonra Coy Lens Mikels het-trikini rəsmiləşdirib.

İlk hissəyə əlavə olunmuş 2-ci dəqiqədə isə Pavol Şafranko komandasının dördüncü qoluna imza atıb.

Qarşılaşmanı Serbiyadan olan baş hakim Danilo Nikoliç idarə edib.

Bu nəticə ilə “Sabah” UEFA Konfrans Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb.

Chosen
17
90deqiqe.az

1Sources