EN

Rubio: ABŞ və Rusiya arasında müharibə ağlasığmazdır

“ABŞ və Rusiya arasında birbaşa müharibə ağlasığmazdır və buna heç vaxt yol verilməməlidir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox Radio”ya müsahibəsində deyib.

Dövlət katibi jurnalistin Rusiyanın ABŞ ilə hərbi qarşıdurmaya qadir olub-olmaması ilə bağlı sualını belə cavablandırıb:

“Bu, ağlasığmazdır. Başa düşün, ABŞ və Rusiya arasında müharibə bizim heç vaxt icazə verə bilməyəcəyimiz bir şeydir. Onlar dünyanın ən böyük iki nüvə dövlətidir və təhlükə çox böyük olardı”.
Chosen
28
5
sherg.az

6Sources