EN

"Çelsi" ekvadorlu futbolçusunu icarəyə verib

“Çelsi”nin gənc yarımmüdafiəçisi Kendri Paes Fransanın “Strasburq” klubuna icarəyə verilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumat London klubunun rəsmi saytında yer alıb.

18 yaşlı ekvadorlu futbolçu ilə icarə müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədə olacaq.

Paes 2023-cü ilin iyununda Ekvadorun “İndependyente del Valye” klubundan “Çelsi”yə transfer olunmuşdu. Lakin onun İngiltərə klubuna tam keçidi yalnız 2025-ci ilin mayında, 18 yaşı tamam olduqdan sonra baş tutmuşdu.

Gənc istedad Ekvador klubu ilə 70 oyuna çıxıb, həmçinin milli komandanın heyətində 18 matçda forma geyinib.

Chosen
53
90deqiqe.az

1Sources