EN

Rubio: ABŞ bu həftə Rusiya nümayəndələri ilə danışıqlar aparıb

ABŞ bu həftə Ukraynada sülh yolu ilə bağlı razılığa gəlmək üçün Rusiya rəsmiləri ilə danışıqlar aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Vaşinqton Rusiya tərəfi ilə qarşılıqlı əlaqəni davam etdirir.

Dövlət katibi bəyan edib ki, məqsəd sülhə aparan mümkün yolda qarşılıqlı anlaşmaya nail olmaqdır. Lakin ABŞ tərəfi bu istiqamətdə heç bir irəliləyiş görməyib.

Rubio müsahibəsində dünyanın iki ən böyük ordusu və nüvə silahı olan Rusiya ilə ABŞ arasında silahlı münaqişənin real olmadığını və təhlükənin böyük olacağını bildirib.

Chosen
34
operativmm.az

1Sources