EN

Şirvanda 15 yaşlı qız beşinci mərtəbədən yıxıldı

Şirvanda 15 yaşlı qız beşinci mərtəbədən yıxılıb...

Poliqon Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib.

Həmin binada yaşayan şəhər sakini, 15 yaşlı K.M. binanın beşinci mərtəbəsindən yıxılıb.
O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
50
6
poliqon.info

8Sources