EN

Sabah Kiyevdə matəm elan olunub

Sabah Ukraynanın paytaxtı Kiyevdə matəm elan olunub.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko “Telegram”da məlumat paylaşıb.

Həmin gün şəhərdə əyləncəli tədbirlər qadağan olunub. Bələdiyyə binalarında bayraqlar endiriləcək. Vitali Kliçko dövlət binalarında da bayraqların endirilməsinin tövsiyə olunduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, son məlumata əsasən, Rusiyanın Kiyevə PUA hücumu nəticəsində 1-i uşaq olmaqla 11 nəfər həlak olub, 135 nəfər yaralanıb.

Chosen
15
2
xezerxeber.az

10Sources