EN

Abdul Raşid Mumini “Sumqayıt”da

Futbol üzrə Benin yığmasının da üzvü olan cinah oyunçusu Abdul Raşid Mumini bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 2025/2026-cı illər mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb. Sözügedən klub beninli sağ cinah müdafiəçisi Abdul Raşid Mumini ilə 3 illik sözləşmə imzalayıb. 20 yaşlı futbolçu “Sumqayıt”da 25 nömrəli formada çıxış edəcək.

Mumini son olaraq Beninin “Ayema” klubunun formasını geyinib.

“Sumqayıt” daha öncə Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçi də heyətinə qatmışdı. Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov, Silvanus Nimeli, Uğur Cahangirov, Sərtan Taşkın, Alan Dias və Georgi Xaraişvili komandanı tərk ediblər. İsa Suliman, Roi Kehat və Səbuhi Abdullazadə ilə də yeni müqavilə imzalanıb.

Chosen
16
1
arena.az

2Sources