EN

"Qarabağ"ın "Şkendiya" ilə matçlarına təyinatlar

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) ilə keçirəcəyi hər iki oyuna təyinatlar açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Skopyedəki ilk görüş Slovakiyadan, Bakıdakı cavab qarşılaşması isə Niderlanddan olan hakimlər briqadasına həvalə olunub.

"Qrabağ"ın səfər matçının baş hakimi İvan Krujlyak olacaq. Ona Branislav Hançko və Yan Pozor kömək edəcək. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. Görüşün VAR hakimi Mihal Oçenaş, VAR hakiminin köməkçisi isə Boris Marhefka olacaq.

Bakıda baş tutacaq görüşü Danni Makkeli idarə edəcək. Köməkçilər Hessel Steeqstra və Yan de Vris olacaq. Dördüncü hakim funksiyasını isə Mark Naqteqaal yerinə yetirəcək. Bu qarşılaşmanın VAR hakimi Dennis Hiqler, VAR hakiminin köməkçisi isə Riçard Martens olacaq.

Qeyd edək ki, komandalar arasında avqustun 5-də Şimali Makedoniyadakı “Todor Proeski” stadionunda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 22.00-da start veriləcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma isə saat 20.00-da başlayacaq.

Chosen
48
10
football-plus.az

10Sources