EN

Ukraynanın Penzada Rusiyanın elektronika zavodunu bombaladı


Ukrayna pilotsuz təyyarələrlə Rusiyanın Penza vilayətində elektronika zavodunu bombalayıb. Ukrayna mediası yazır ki, zavodun yeni istehsal kompleksi və müxtəlif komponentlərin toplandığı anbarları sıradan çıxarılıb.

Zavod Rusiya Silahlı Qüvvələrinin müxtəlif bölmələri üçün – hava hücumundan müdafiə, artilleriya, həmçinin zirehli texnika və müasir rabitə vasitələrinə əsaslanan mobil komanda məntəqələri üçün avtomatlaşdırılmış döyüş idarəetmə sistemləri istehsal edir.

Zavod Rusiya hərbi-sənaye kompleksi üçün işlədiyinə görə beynəlxalq sanksiyalar altındadır. Hücum zamanı azı 11 partlayış baş verib, daha sonra da genişmiqyaslı yanğın baş verib.

TAHİR

Chosen
55
baki-xeber.com

1Sources