Donetsk vilayətinin Çasov Yar şəhəri minlərlə əsgərin ölümü və saysız-hesabsız ton mərmilər sayəsində Rusiya ordusu tərəfindən ələ keçirilib.
Publika.az xəbər verir ki, bunu yazıçı və publisist, “Rosqvardiya”nın zabiti Zaxar (Yevgeni) Prilepin deyib.
O qeyd edib ki, şəhər uğrunda döyüşlər “aylarla, aylarla, aylarla” davam edib.
“Bu xəttin arxasında minlərlə, minlərlə hekayələr, şücaətlər, faciələr dayanır. Bu xəttin arxasında bütün səmada saysız-hesabsız tonlarla xərclənmiş sursat, ölümcül dron sürüləri var”, - Prilepin yazıb.