Rusiya ölkələr arasında diplomatik əlaqələrin 65 illiyi münasibətilə hədiyyə olaraq iki fil alacaq.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, bu barədə Laos prezidenti Zongloun Sisulit Rusiya lideri Vladimir Putinlə Kremldə görüşü zamanı bildirib.
Rusiya prezidenti Vladimir Putin həmkarına jestinə görə təşəkkür edib.
Son Yazılar:
Kremldən bildirilib ki, Putin və Sisulit Rusiya-Laos əməkdaşlığının cari məsələlərini, o cümlədən ticarət, iqtisadiyyat və mədəniyyət sahələrində müzakirə edəcəklər. Prezidentlər həmçinin regional və qlobal gündəliyin əsas mövzuları ətrafında fikir mübadiləsi aparacaqlar. Görüşün yekunu olaraq bir sıra ikitərəfli sənədlərin qəbulu gözlənilir.