EN

İsveç Rusiyaya yeni səfir təyin etdi

İsveç krallığın Minskdəki keçmiş səfiri Kristina Yohannessonu Moskvaya yeni səfir təyin edib.

Bakıvaxtı.az xarici KİV-ə xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Hökumət Kristina Yohannessonu Moskvada səfir təyin edib. O, payızda işə başlayacaq", - məlumatda qeyd olunub.

Daha əvvəl K.Yohannesson Sankt-Peterburqdakı baş konsulluqda, Moskvadakı səfirlikdə və Avropa İttifaqının Brüsseldəki nümayəndəliyində işləyib. Hazırda o, ölkənin Xarici İşlər Nazirliyində Şərq Tərəfdaşlığı ilə bağlı məsələlərlə məşğul olur.

Chosen
62
2
bakivaxti.az

4Sources