EN

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşdü


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev arasında görüş olub.

Bununla bağlı səfir Yuri Husyev özünün X hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu. Ölkələrimiz arasında strateji əməkdaşlığı dərinləşdirməyin yollarını müzakirə etdik. Azərbaycanın Ukrayna ilə həmrəyliyi və davamlı dəstəyi üçün minnətdaram”, - deyə səfir qeyd edib.

Chosen
47
12
baki-xeber.com

10Sources