EN

Memarlıq ixtisası üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı aprellyasiya təşkil ediləcək

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 28-dən 31-dək 40-cı qabiliyyət imtahanı komissiyası üzrə rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya komissiyası təşkil ediləcək.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, apellyasiya komissiyası avqustun 1-də saat 09:00-dan 12:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərəcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə binaya yaxınlaşıb ərizə yazmalıdırlar.

Chosen
20
3
azertag.az

4Sources