EN

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular (FOTO)

Bakı. Trend:

23 iyul 2025-ci il tarixində İtaliyanın Roma şəhərində Qlobalmenecment və siyasət üzrə ikili diplom magistr proqramının ilkburaxılışı qeyd olunub.

Bu magistr proqramı İtaliya-Azərbaycan Universiteti layihəsiçərçivəsində Luiss Universiteti və ADA Universiteti tərəfindənbirgə tədris olunur. Məzunlar iki il ərzində Bakıda və Romadatəhsil alaraq hər iki universitetin diplomunu əldə edirlər.

Məzun günü, ADA Universitetinin akademik işlər üzrə prorektoruElkin Nurməmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyayasəfəri çərçivəsində təşkil olunub. Səfər zamanı, ADAUniversitetinin İtaliya-Azərbaycan Universiteti layihəsiçərçivəsində Luiss Universiteti ilə əməkdaşlığının gedişatımüzakirə edilmişdir. Bundan əlavə, Qlobal menecment və siyasət üzrəikili diplom magistr proqramının növbəti dövrdə davam etdirilməsiüçün yeni saziş imzalanmışdır.

Səfər Luiss Universitetinin Viale Romania kampusunda,universitetin beynəlmiləlləşmə üzrə prorektoru Antonio Mayokkininev sahibliyi ilə keçirilən ziyafətlə yekunlaşıb. TədbirdəAzərbaycan Respublikasının İtaliyadakı səfiri Rəşad Aslanov vəMüqəddəs Taxt-Tacda səfiri İlqar Muxtarov da iştirak ediblər.

Hazırda ADA Universitetində İtaliya-Azərbaycan Universitetilayihəsi çərçivəsində səkkiz bakalavr və iki magistr ixtisasıtədris olunur. Bu ixtisaslardan üçü ikili diplom proqramıdır. Həminproqramlar İtaliyanın beş aparıcı universiteti ilə əməkdaşlıqsazişləri əsasında həyata keçirilir.

İtaliya-Azərbaycan
İtaliya-Azərbaycan
İtaliya-Azərbaycan
Məqalədə:
Chosen
12
az.trend.az

1Sources