"Turan Tovuz" sıralarına yeni futbolçu qatıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tovuz təmsilçisi "Qarabağ"ın sabiq oyunçusu İbrahima Vadjini transfer edib. Son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış edən hücumçu ilə "1+1" illik müqavilə imzalanıb.
30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Mölde" və "Hauqesund"un da formasını geyinib.
Xatırladaq ki, Vadji 2021-22-ci illərdə Ağdam təmsilçisində oynayıb.