Cənubi Koreyada istidən ölənlərin sayı 13-ə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin səhiyyə orqanları məlumat verib.
Bildirilib ki, 2025-ci il may ayının ortalarından bəri günvurma əlamətləri ilə 2768 vətəndaş təcili tibbi yardıma müraciət edib, onlardan 13-ü dünyasını dəyişib.