EN

İsraildən HƏMASA mesaj: Ya qəbul edəcəksiniz, ya da...

HƏMAS Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının şərtlərini qəbul etmədiyi təqdirdə İsaril Qəzza zolağının ətrafını ilhaq etmək üçün addımlar atacaq.

Publika.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.

Yüksək rütbəli rəsmilərə istinadən verilən xəbərdə Təl-Əvivin HƏMAS-a təhdid mesajı göndərdiyi iddia edilib. Bildirilib ki, İsrail ordusu Təl-Əvivin ilhaqı, Qəzzada hərbi hökmranlığın tətbiqi, fələstinlilərin yaşadığı bölgələrə mühasirə tətbiq etmək kimi variantları nəzərdən keçirir.

İsrail mənbələri Təl-Əviv rəhbərliyinin beynəlxalq təzyiqlərə və Qəzzada baş verən humanitar fəlakətə baxmayaraq, bu addımı atmağa qərar verdiyini iddia edib.

Chosen
38
publika.az

1Sources