EN

Xızıda iki avtomobil toqquşub: Ölən var - FOTOLAR

Xızıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə iyulun 27-si saat 17:00-da Xızı-Giləzi avtomobil yolunun 27-ci km-də qeydə alınıb.

Rəfail Rza oğlu Bünyatovun idarə etdiyi 77-XT-034 dövlət nömrə nişanlı "Mitsubishi Pajero" markalı avtomobil Cəbrayıl Alışan oğlu Heydərovun idarə etdiyi 77-QY-823 dövlət nömrə nişanlı "Changan Qiyuan Q05" markalı avtomobillə toqquşub.

Nəticədə C.Heydərovun sərnişini, 1958-ci il təvəllüdlü Zərqələm Abas qızı Əsədova aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb.

"Cebheinfo.az" 

Chosen
47
1
cebheinfo.az

2Sources