Olaylar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Financial Times" qəzetinə müsahibəsində bildirib.
"Amerika danışıqların ortasında niyə bizə hücum etdiyini izah etməli və bunun bir daha təkrarlanmayacağına zəmanət verməlidir. Həmçinin, vurduğu ziyanı İrana ödəməlidir", - deyə Əraqçi bildirib.
Nazirin sözlərinə görə, "danışıqlara gedən yol dar olsa da, tamamilə bağlı deyil". O əlavə edib ki, İranı müzakirələrə başlamağa inandırmaq üçün qarşı tərəf qarşılıqlı faydalı razılaşmaya hazır olduğunu nümayiş etdirməlidir.
Əraqçi, həmçinin qeyd edib ki, ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff onu danışıqların mümkünlüyünə inandırmağa çalışıb və prosesin bərpasını təklif edib.