EN

Azərbaycan Rusiyanı geridə qoydu

Yazını böyüt
Yazını kiçilt

"Qarabağ"ın ötən gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın "Şelburn" klubunu məğlub etməsi (1:0) Azərbaycanın UEFA əmsallar cədvəlindəki mövqeyinə təsir edib.

Hafta.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilir. Qeyd edilir ki, hazırda aktivində 18.375 xal olan ölkəmiz 1 pillə irəliləyərək 28-ci sıraya yüksəlib. Azərbaycan bu nəticə ilə Rusiyanı geridə qoyub.

Müəyyən səbəblərə görə UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılan Rusiya 18.299 xalla 29-cu pilləyə geriləyib.

Qeyd edək ki, UEFA reytinqinə 94.839 xalla İngiltərə başçılıq edir.

Chosen
10
15
hafta.az

10Sources