"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fərid Nəbiyev yenidən Gəncə təmsilçisində çıxış edəcək. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, ilk dəfə 2022/2023-cü illər mövsümündə "Kəpəz"in şərəfini qoruyub. Futbolçu 30 çempionat oyununda 4 qol vurub və 7 qolun ötürməsini edib.
Xatırladaq ki, Fəridin son klubu "Səbail" olub.