Ukrayna prezidenti Vladimir Zelenski ABŞ ilə silah tədarükü razılaşmalarının əsas prinsipləri barədə razılığa gəldiklərini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Zelenski videomüraciətində Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.
Prezident Zelenski Ukrayna ordusunda müqaviləli əsgər kimi xidmət etmək üçün daha çox gənc vətəndaşın cəlb edilməsi üçün səylərin davam etdiyini açıqladı.
Zelenski Ukraynanın ehtiyac duyduğu silahların tədarükü üzərində çalışdıqlarını və müdafiə naziri Denis Şmıqalın müttəfiqlərlə bu mövzuda danışıqları davam etdirdiyini bildirib.
ABŞ-la silah tədarükü müqavilələri üzərində gördüyü işlər barədə məlumat verən Zelenski: “Bu gün mən də ABŞ ilə silah müqavilələrinin əsas prinsipləri ilə bağlı razılığa gəldim” dedi.
Aytən Yaşar/ Turkustan.az