EN

"Karvan" "İmişli"yə qalib gəldi

"İmişli" və "Karvan" arasında yoxlama oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, matç Qəbələ şəhər stadionunda oynanılıb. Görüş Yevlax təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Karvan"ın heyətində qolları Uğur Cahangirov və Qavi Tompson vurub.

Xatırladaq ki, sözügedən hər iki komanda yeni mövsümdə premyer-liqada çıxış edəcək.

Chosen
33
2
football-plus.az

3Sources