EN

Böyük zəlzələlər ölkələrin iqtisadiyyatına necə təsir edir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Zəlzələlər təkcə insan itkisi ilə deyil, iqtisadi təsirləri ilə də baş verən ən təhlükəli təbiət hadisələrindəndir. 

Tarixdə qeydə alınan 10 ən böyük zəlzələ

- Biobio, Çili (1960) / 9.5: Valdivia zəlzələsi və ya Böyük Çili zəlzələsi kimi tanınan bu zəlzələ indiyə qədər qeydə alınan ən güclü zəlzələ olub. Zəlzələ 1 655 insanın həyatını itirməsinə, 2 milyon insanın evsiz qalmasına səbəb olub.

- Alyaska, ABŞ (1964) / 9.2: Böyük Alyaska zəlzələsi kimi adlandırılan bu zəlzələ və sonrakı sunami 130 nəfərin ölümünə və 2,3 milyard dollar ziyana səbəb olub.

- Sumatra, İndoneziya (2004) / 9.1: Sumatra-Andaman adaları zəlzələsi böyük sunamilərə səbəb olub. Zəlzələ nəticəsində 280.000-dən çox insan həyatını itirdi. Cənubi Asiya və Şərqi Afrikada 1.1 milyon insan evlərini tərk etdi.

- Yaponiya, Tōhoku (2011) / 9.1: Böyük Tohoku zəlzələsi kimi tanınan bu hadisə və sonrakı sunami 15.000-dən çox insanın həyatına son qoydu və 130.000 insan evlərini tərk etməyə məcbur oldu.

- Kamçatka diyarı, Rusiya (1952) / 9.0: Bu, dünyada qeydə alınan ilk 9 bal gücündə zəlzələ idi. Zəlzələ Havay adalarına çatan və 1 milyon dollardan çox ziyana səbəb olan böyük bir sunami yaratdı.

- Biobío, Çili (2010) / 8.8: Quirihue şəhərinin sahillərində baş verən bu güclü zəlzələ 523 nəfərin ölümünə və 370.000-dən çox evin dağılmasına səbəb oldu.

- Esmeraldas, Ekvador (1906) / 8.8: Ekvador-Kolumbiya zəlzələsi kimi də tanınan bu zəlzələ 1500 insanın ölümünə səbəb oldu və San-Fransiskoya qədər çatan dağıdıcı sunaminin yaranmasına səbəb oldu.

- Alyaska, ABŞ (1965) / 8.7: Alyaskanın Aleut adalarında Rat adaları yaxınlığında baş verən bu zəlzələ 10,6 metrə çatan nəhəng sunami yaratmışdı.

- Arunaçal Pradeş, Hindistan (1950) / 8.6: Assam-Tibet zəlzələsi kimi tanınan bu güclü zəlzələ bölgədə yer çatlarına, qum partlayışlarına və kütləvi sürüşmələrə səbəb oldu. 780 nəfər isə həyatını itirdi.

- Sumatra, İndoneziya (2012) / 8.6: Şimal Sumatra sahillərində qeydə alınan bu zəlzələ güclü sarsıntılar yaratdı, lakin insan ölümü az oldu. Bu zəlzələdə infrastruktura daha çox zərər dəymişdi. 

Zəlzələnin iqtisadi təsirləri

2023-cü ildə tərtib edilmiş məlumatlara görə, son 50 ildə dünyada baş verən böyük zəlzələlər ümumi iqtisadi ziyana təxminən 1 trilyon dollarlıq ziyan vurub.

Sığorta İnformasiya İnstitutunun məlumatına görə, Tohoku zəlzələsi 360 milyard dollarla dünyanın ən böyük əmlak itkisinə səbəb olan və 47 milyard dollarlıq sığorta itkiləri baxımından dünya tarixində baş verən ən çox maddi zərər vuran zəlzələ kimi qeydə alınıb.

ABŞ ən bahalı zəlzələlərindən biri olan Northridge zəlzələsi 17 yanvar 1994-cü ildə Los-Ancelesdə, Kaliforniya ştatında 6,7 bal gücündə zəlzələ zamanı yaşanıb. Zəlzələnin iqtisadi zərərinin 50 milyard dollar olduğu bildirilir. Bu həm də sığortalanmış itkilərə (31 milyard dollar) görə dünya tarixində ikinci ən böyük zəlzələ olub.

2010-cu il fevralın 27-də Çilidə baş vermiş 8,8 bal gücündə zəlzələ 8,2 milyard dollarlıq hissəsi sığorta ilə əhatə olundu ki, bu da onu sığorta sənayesi üçün ən bahalı zəlzələlərdən birinə çevirdi.

Əgər son 40 ildə zəlzələlər aşağı və aşağı orta gəlirli ölkələrə təsir etməsəydi, bu ölkələrdə adambaşına düşən gəlir 2015-ci ildə orta hesabla 2,4 faiz çox olardı. Bundan başqa, davamlı zəlzələlərdən zərər çəkən ölkələr nəzərə alındıqda bu fərq 7,7 faizə qədər yüksəlir. Bəzi ölkələrdə fərq hətta 30 faizi ötür.

Zəlzələlərdən zərər çəkmiş ölkələrdə adambaşına düşən gəlir zəlzələdən sonrakı il ərzində zəlzələ baş verməyən oxşar iqtisadiyyatlarla müqayisədə orta hesabla 0,2 faiz bəndi aşağı olur. İnvestisiyaların ÜDM-ə nisbəti zəlzələdən sonra təxminən 2 faiz bəndi artaraq 20%-dən 22%-ə yüksəlir və bu artım zamanla da davam edir. Bununla belə, zəlzələdən beş il keçsə də, bu ölkələrin ixracı zəlzələ yaşamayan oxşar iqtisadiyyatlardan orta hesabla 16 faiz bəndi aşağı olaraq qalır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
39
banco.az

1Sources