Tramp Baş naziri açıq-aşkar TƏHDİD ETDİ - Bunu edərsə…
ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karneyin Fələstini dövlət olaraq tanıyacağına dair açıqlamasına sərt reaksiya verib.
Yenisabah.az bildirir ki, Marqarita pizza Marqarita pizzaTramp deyib ki, Kanada belə bir addım atacağı təqdirdə bunun ciddi nəticələri olacaq. O, Karneyə birbaşa xəbərdarlıq edib:
"Kanada Fələstini dəstəklədiyini açıqlayıb. Bu onlarla ticarət razılaşması barədə çətinliklər yaşayacağımız mənasındadır"
Xatırladaq ki, Mark Karney yaxın günlərdə verdiyi açıqlamada Fələstinin dövlət kimi tanınmasını dəstəklədiyini və bu istiqamətdə siyasi addımlar atılacağını bildirmişdi.
Bu bəyanat Vaşinqtonun sərt təpkisinə səbəb olub və iki ölkə arasında diplomatik gərginlik ehtimalını artırıb. Kanada tərəfi hələlik Trampın açıqlamasına rəsmi cavab verməyib.
Aytac Əliyeva
Telegram kanalımız