EN

Tramp Rusiya və Hindistan iqtisadiyyatını "ölü" adlandırdı

ABŞ Prezidenti Donald Tramp Hindistan və Rusiya arasında ticarət və iqtisadi əlaqələrə əhəmiyyət vermədiyini bildirib.

Missiya.Az xəbər verir ki, Amerika lideri özünün Truth Social sosial şəbəkəsində bildirib ki, hər iki ölkə “pis vəziyyətdə olan iqtisadiyyatlarını tamamilə məhv edəcək”.

Bundan əvvəl Hindistanın Böyük Britaniyadakı səfiri Vikrama Doraisvami Rusiyanın enerji resurslarının alınmasına görə sanksiyalarla bağlı təhdidlərə cavab olaraq vurğulamışdı ki, Hindistan Qərb ölkələrinin çağırışlarına baxmayaraq, Rusiyadan neft almaqdan imtina etmək fikrində deyil. Səfir vurğulayıb ki, ölkə enerji siyasətində bundan sonra da öz milli maraqlarını rəhbər tutacaq.

Tramp Hindistan və Rusiya arasındakı ticarət və iqtisadi əlaqələrə əhəmiyyət vermədiyini bildirib və Hindistanın digər ölkələrlə müqayisədə "həddindən artıq yüksək tariflərə" və ağır ticarət maneələrinə malik olduğunu bir daha xatırladıb.

"Hindistanın Rusiya ilə nə etdiyi məni maraqlandırmır. Onlar birlikdə ölmüş iqtisadiyyatlarını məhv edəcək, bu, məni maraqlandırmır. Biz Hindistanla çox az ticarət edirik, onların tarifləri çox yüksəkdir, dünyanın ən yüksək tarifləridir. "Eyni şəkildə, Rusiya və ABŞ bir-birləri ticarət etmirlər".

Daha əvvəl Tramp demişdi ki, avqustun 1-dən Hindistana 25 faiz idxal rüsumları tətbiq olunacaq. Bundan başqa, Hindistan Yeni Dehlidən gələn yüksək tariflər, ticarət maneələri və “Rusiya ilə əməkdaşlıq” üçün cərimələnəcək.

Elcan

Missiya.Az

Chosen
10
50
missiya.az

10Sources