EN

Rusiya “talon dövrünə” qayıdır? – Vətəndaşlara şok çağırış: “Kartdan nağd pul çıxarın, internet kəsilə bilər!”

Rusiya Dövlət Dumasında səslənən son çağırışlar ölkədə ictimai narahatlıq doğurub. Deputat Vladimir Qutenyovun verdiyi açıqlamalar əhalinin gündəlik həyatına ciddi təsir edəcək addımların atılacağına işarə kimi qiymətləndirilir.

Belə ki, deputat vətəndaşlara bank kartlarından nağd pul çıxarmağı, eyni zamanda internet və rabitə xidmətlərində mümkün kəsintilərə hazırlıqlı olmağı tövsiyə edib.

“Belə hallar panika üçün səbəb deyil, norma kimi qəbul olunmalıdır. Özünü yalnız Moskvanın mərkəzində yaşayan hipsterə çevirməyə dəyməz. Həyat rahatlıqla məhdudlaşmır,” – deyə o, xalqa bir növ “sıxın dişinizi” mesajı verib.

Bu açıqlama Rusiyanın getdikcə daha çox Sovet dövrünün “izolyasiya modeli”nə sürükləndiyini göstərir. Ekspertlər bildirirlər ki, bu ritorika və addımlar – internetin məhdudlaşdırılması, elektron xidmətlərə çıxışın qeyri-müəyyənliyi, nağd pula keçid tövsiyəsi – ölkənin rəqəmsal tənəzzülə doğru getdiyini nümayiş etdirir.

Sosial şəbəkələrdə bu çağırış “SSRİ-yə qayıdışın başlanğıcı”, “talon sisteminə hazırlıq”, “rəqəmsal mühasirə” kimi şərhlərlə qarşılanıb.

Vladimir Qutenyovun dediyi kimi “rahatlıq həyatın şərti deyil” mesajı, əslində ölkə vətəndaşlarına verilmək isənilən yeni siqnaldır: “Əlvida müasir həyat, salam keçmiş!”

Rusiya bu gedişlə yenidən talon dövrünün qaranlıq illərinə qayıda bilər. Hökumət nə qədər çalışsa da, informasiya məkanını “bağlasa” da, vəziyyətin ciddiliyini gizlətmək mümkün deyil.

Çünki 21-ci əsrin ortasında xalqı internet və kartdan məhrum etməyə hazırlaşdırmaq, təkcə texnoloji deyil, eyni zamanda ideoloji iflasın göstəricisidir. \\Musavat.com

Chosen
35
hurriyyet.az

1Sources